Arvadının istəyini yerinə yetirdi, 1 milyon dollarlıq lotereya qazandı

DÜNYA
23:53 / 20.05.2025
43

ABŞ-da kişi arvadının xahişini yerinə yetirərək 1 milyon dollarlıq lotereya uduşu qazanıb.

HİT.az bu barədə MyTwinTiers.com-a istinadən xəbər veror. 

İllinoys ştatında yaşayan kişi arvadı ondan içki almağı xahiş etdikdən sonra River Qrovedəki "Shell" yanacaqdoldurma məntəqəsinə gedib. O, içki aldıqdan sonra 10 dollarlıq "Jumbo Bucks" bileti almağa qərar verib.

"Həyat yoldaşım qazlı içki istədi, ona görə də qaçdım ən yaxın yanacaqdoldurma məntəqəsinə. Kassada endirimlə bir-iki bilet almağa qərar verdim", deyə şanslı kişi deyib.

O, bileti yerində yoxlamayıb, evə qayıdıb və əsas mükafatı qazandığını başa düşüb. Amerikalının arvadı buna inanmayıb və ərinin proqram vasitəsilə məlumatı təsdiqləyənə qədər onunla zarafat etdiyini qərara alıb.

"Evdə bileti ovuşdurduqda və bir milyon dollar qazandığımı anlayanda tam şokda idim, amma həyat yoldaşım daha da məəttəl qaldı, deyə qalib etiraf edib.

Yeni milyonçu uduşunu nəyə xərcləyəcəyini açıqlamayıb. Lakin onun bilet aldığı yanacaqdoldurma məntəqəsinin sahibinə 10 min dollar bonus veriləcəyi məlumdur.

Samir

0