"Donald Trampın rəhbərlik etdiyi ABŞ-ın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlardan çıxması Kreml üçün hədiyyə olacaq".
HİT.az xəbər verir ki, bunu "Euractiv"ə Çexiya prezidenti Petr Pavel deyib.
"Mən Donald Trampın bəyanatlarını onun ümid etdiyi kimi getmədiyinə, yəni onun prezident Putinlə tez bir zamanda razılığa gələ biləcəyinə və Ukraynada sülh elan edəcəyinə, həmçinin Rusiya ilə iqtisadi münasibətləri bərpa edəcəyinə dair məyusluğun ifadəsi kimi qəbul edirəm", deyə Pavel bildirib.
O, iddia edir ki, Rusiya guya atəşkəslə bağlı memorandum hazırlamaqdan danışaraq danışıqlar prosesini qəsdən gecikdirir. Dövlət başçısının sözlərinə görə, Avropa Rusiyanı danışıqlar masası arxasına oturmağa məcbur etmək üçün güclü və vahid təzyiq göstərməlidir.
"Düşünürəm ki, nəhayət, amerikalı müttəfiqlərimizlə elə miqyaslı iqtisadi və maliyyə tədbirlərini necə inkişaf etdirmək barədə çox ciddi danışmağın vaxtı çatıb ki, Rusiya onların təsirini həqiqətən hiss etsin", deyə siyasətçi bildirib.
Mayın 19-da ABŞ prezidenti bəyan edib ki, Amerika hakimiyyətinin Ukrayna üzrə danışıqlar prosesində iştirakı ilə bağlı onun müəyyən "qırmızı xətti" var. Eyni zamanda, dövlət başçısı bunun nə olduğunu açıqlamayıb, çünki bu, danışıqları daha da çətinləşdirə bilər.
Bundan əvvəl Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya və Ukrayna birbaşa danışıqlara başlamasa, Donald Trampın ABŞ-ı amünaqişənin həlli prosesindən geri çəkə biləcəyini bildirmişdi.
Samir