Avropa liderlərinin Trampla bağlı əsas qorxusu nədir?

DÜNYA
13:30 / 22.05.2025
58

ABŞ-ın Ukrayna üzrə danışıqlar prosesindən çıxmasının qarşısını almaq yeni Almaniya kansleri Fridrix Merz dövründə Almaniya hökumətinin xarici siyasətinin əsas prioritetlərindən biridir. 

HİT.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti hökumət dairələrindəki mənbələrə istinadən yazır.

"Trampın sülh prosesini tərk etməsinin qarşısını almaq Fridrix Merzin ən mühüm xarici siyasət məqsədlərindən biridir", deyə nəşr qeyd edib.

Nəşrin məlumatına görə, Fransa, İtaliya, Finlandiya və Almaniya liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı Merz Rusiya və Ukrayna arasında növbəti danışıqlara hazırlaşmaq üçün Avropa ölkələri ilə ABŞ arasında "texniki görüş" keçirməyi təklif edib. Alman tabloidi yazıb ki, "avropalıların rahatlığı üçün" Tramp bu təkliflə razılaşıb.

Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Tramp Ukrayna münaqişəsinin həllində əhəmiyyətli irəliləyiş görməsə, ABŞ-ın kənara çəkiləcəyini və Avropaya "təslim olacağını" istisna etməyib.

Ağ Ev rəhbəri vəziyyətin Avropa ərazisində cərəyan etdiyini və "orada qalmalıdır" deyə vurğulayıb. Eyni zamanda Tramp düşünür ki, yaxın gələcəkdə "nəsə" baş verməlidir. Ancaq bu baş verməsə, o, geri çəkiləcək.

Samir

0