Qadın sığınacaqlardan itləri götürərək, şorba bişirib

DÜNYA
22:36 / 22.05.2025
47

Çinli bir mağaza sahibəsi, küçə itlərini evinə götürərək onlardan şorba bişirib. 

HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" xəbər verib.

Çinin şimal-şərqində yaşayan Cisüan adlı qadın, sığınacaqlarla əlaqə saxlayaraq itləri ev heyvanı kimi götürmək məqsədi ilə maraqlandığını bildirib. Qadın həmçinin heyvanlara qayğı göstərəcəyinə söz verib, bundan sonra ona itləri təhvil veriblər.

Daha sonra o, sosial şəbəkələrdə itlərdən müxtəlif yeməklər hazırladığını göstərən məzmunlar yayıb. Bəzi paylaşımların açıqlamasında isə özü ətın mənşəyini qeyd edib. Məsələn, bir fotoda uşaq yemək yeyir və alt yazıda deyilir: "Uşaq üçün yalnız ən yaxşısı".

Paylaşımlardan sonra vəziyyət polisın diqqətini çəkib. Qadından it əti müsadirə edilib.

"Cisüanın sosial şəbəkələrdəki hesabı bağlanıb, bütün paylaşımlar gizlədilib və dostluq sorğuları söndürülüb", xəbərdə qeyd olunub.

Çinin bəzi bölgələrində it əti istifadəsi qadağan edilməyib. Belə hesab olunur ki, bu ət bəzi xəstəliklərə yaxşı gəlir, lakin bunun elmi sübutu yoxdur.

Samir

0