AP Macarıstana maliyyənin dayandırılmasını tələb edir

DÜNYA
18:59 / 22.05.2025
46

Avropa Parlamenti Brüsseli Macarıstana ayrılan maliyyəni tamamilə dondurmağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Qeyd olunur ki, analoji çağırış bir qrup deputat tərəfindən də edilib, Budapeşti söz azadlığını məhdudlaşdırmaqda, demokratiyaya zərbə vurmaqda və Aİ qanunvericiliyinə və dəyərlərinə əməl etməməkdə ittiham edib.

26 Avropa Parlamentinin imzaladığı məktubda deyilir: "Avropa dəyərlərinə açıq şəkildə zərbə vuran korrupsioner rejimi maliyyələşdirməyə davam etmək qəbuledilməzdir".

Bundan əvvəl ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter bəyan etmişdi ki, Kiyev və Budapeşt arasında ciddi münaqişə yarana bilər.

Onun sözlərinə görə, hazırda Ukrayna və Macarıstan arasında diplomatik qalmaqal yaranıb, hər iki tərəf bir-birini casus kamerası təşkil etməkdə ittiham edib. Bundan əlavə, Ukraynada orduda kadr çatışmazlığı səbəbindən Zakarpatiyada yaşayan macarlar zorla cəbhəyə aparılmağa başlanıb. Macarıstan öz qoşunlarını Ukrayna sərhədinə göndərib.

Samir
 

0