ABŞ məhkəməsi təqaüdçü admiral Robert Burkenin vəzifəsindən istifadə edərək sonradan ona yüksək maaşlı iş verən şirkətlə müqavilə bağladığına qərar verib.
HİT.az xəbər verir ki, Burkeyə avqustun 22-də hökm oxunacaq. Onu 30 ilədək həbs cəzası gözləyə bilər.
Müstəntiqlərin məlumatına görə, 2021-ci ildə o zaman Avropa və Afrika Hərbi Dəniz Qüvvələrinə komandanlıq edən Burk tabeliyində olanlara İtaliya və İspaniyada kadr hazırlığı müqaviləsi üçün adı açıqlanmayan şirkətə 355 min dollar ayırmağı tapşırıb. Amerika mediası yazır ki, söhbət Nyu-Yorkda yerləşən, texnologiya və kadr hazırlığı üzrə ixtisaslaşmış "Next Jump" şirkətindən gedir. Burke daha sonra şirkətlə başqa bir müqavilə bağlamağa çalışıb.
2022-ci ildə təqaüdə çıxdıqdan sonra Burke bu şirkətə işə keçib, onun illik maaşı 500 min dollar olub. Bu işdə şirkətin iki əməkdaşı Yonçul Kim və Meqan Messencer də var. Burke ötən ilin iyununda həbs edilib.
Ədliyyə Departamentinin məlumatına görə, Robert Burke 2020-ci ildən 2022-ci ilə kimi Avropa, Rusiya və Afrikanın böyük hissəsində dəniz əməliyyatlarına nəzarət edib və minlərlə mülki və hərbi personala komandanlıq edib. O, həm də NATO-nun Neapoldakı Müttəfiq Komandanlığının rəhbəri olub.
Samir