ABŞ-nin keçmiş prezidenti Donald Trump sosial şəbəkə "Truth Social"da paylaşdığı videoda özünü "əbədi" ABŞ lideri kimi təqdim edən mesaj verib.
HİT.az xəbər verir ki, videoda "Time" jurnalının üz qabığı göstərilir. Qabıqda "Trumpizm Trumpdan daha uzun ömürlüdür" və prezidentə dəstəyin artdığı yazılıb.
Bundan əlavə, jurnalın üzərində 79 yaşlı Trumpın prezident seçilə biləcəyi illər qeyd edilib. Şəkildə illər dinamik şəkildə 90.000-ci ilə qədər uzanır.
ABŞ Konstitusiyasının 22-ci düzəlişinə görə, heç kim iki dəfədən çox prezident seçilə bilməz. Bu o deməkdir ki, 2016 və 2024-cü illərdə seçkilərdə qalib gələn Donald Trumpın 2028-ci ildə üçüncü dəfə namizədliyini irəli sürmək hüququ yoxdur.
Trump "Trump 2028" yazılı şlyapalar satmaqla üçüncü müddətə namizədliyini ima etsə də, konstitusiya mütəxəssisləri qeyd edir ki, 22-ci düzəlişi (məsələn, vitse-prezident vəzifəsinə namizəd olub, sonra prezidentliyə keçmək kimi) dəyişdirməyə çalışmaq qanuni şübhəli və konstitusiyaya zidd sayılacaq.
2025-ci ilin yanvarında respublikaçı konqresmen Endi Oqls iki ardıcıl olmayan müddət xidmət edən prezidentlərə üçüncü dəfə namizəd olmağa icazə verən konstitusiya düzəlişi təklif edib. Lakin bunun qəbulu üçün Konqresin üçdə iki səs çoxluğu və ştatların dörddə üçünün təsdiqi lazımdır ki, bu da təsdiqi çətin edir. Beləliklə, mövcud qanunvericiliyə əsasən, Donald Trumpın 2028-ci ildə ABŞ prezidenti olmaq hüququ yoxdur.
Samir