İsrailin baş naziri Benyamin Netanyahu Böyük Britaniya, Fransa və Kanada liderlərinin bəyanatları ilə Fələstinin HƏMAS qruplaşmasını təşviq etdiyini bildirib.
HİT.az xəbər verir ki, o, bu barədə mayın 22-də sosial şəbəkədəki X hesabında yazıb.
Netanyahu hesab edir ki, bu ölkələrin liderləri insanlıq, ədalət və tarix baxımından səhv tərəfi tutublar. Onun fikrincə, onlar İsrailə təzyiq etməklə sülhü təşviq etmək deyil, HƏMAS-ı əbədi olaraq mübarizəni davam etdirməyə təşviq edirlər.
Benyamin Netanyahunun sözləri mayın 19-da Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Kanadanın baş naziri Mark Karninin birgə bəyanatına cavab olaraq gəlib. Onlar İsrailin Qəzzaya yeni hücumunu dayandırmayacağı və humanitar yardımın daxil olmasına icazə vermədiyi təqdirdə ona qarşı konkret addımlar atacaqlarını bildiriblər.
Samir