"Kiyev Vaşinqtonun Ukrayna münaqişəsindən çıxmasına imkan verə bilməz".
HİT.az xəbər verir ki, bu barədə “Point” nəşrinə müsahibəsində Ukrayna prezidentinin ofisinin müşaviri Mixaylo Podolyak bildirib.
“Biz ABŞ-ın bu müharibədən çıxmasına icazə verə bilmərik, çünki onun hərbi dəstəyi həm Avropa, həm də Ukrayna üçün lazımdır", deyə Podolyak bildirib.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci raundu mayın 16-da İstanbulda baş tutub və bu, nümayəndə heyətlərinin son iki ildə ilk təkbətək görüşü olub. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Moskvanın müzakirələrin nəticələrindən razı qaldığını bildirib.
"Sky News" mənbələri bildiriblər ki, Rusiya atəşkəs üçün şərt qoyub - Ukrayna qoşunlarının Rusiya ərazisindən çıxarılması. Ukrayna tərəfi dövlət başçıları arasında birbaşa danışıqların təşkilini xahiş edib və Rusiya bu xahişi nəzərə alıb.
Bundan əlavə, tərəflər “1000-ə 1000” formatında məhbusların mübadiləsi barədə razılığa gəliblər.
Samir