İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, ABŞ-ın regionda atdığı qeyri-qanuni addımlar Vyetnam və Əfqanıstanın aqibətinə səbəb olacaq.
HİT.az xəbər verir ki, bu barədə cümə günü IRNA informasiya agentliyi Baş Qərargahın açıqlamasına istinadən məlumat yayıb.
"Amerika bir daha səhvə yol verib və onun yalançı prezidenti öz iştirakı ilə regionda İran İslam Respublikasının dost və qardaş ölkələrini təhrik edir. Ola bilsin ki, uzun müddətdir uğursuz olan iranofobiya layihəsi vasitəsilə bu ölkələrin milyardlarla dollar dəyərində sərvətini talan edib, bununla da ABŞ iqtisadi böhranını və bir çox daxili problemlərini həll etməyə çalışır", deyə IRNA agentliyinin yaydığı açıqlamada bildirilir.
İran Baş Qərargahı xəbərdarlıq edib ki, ABŞ-ın regionda sabitlik və təhlükəsizlik üçün təhlükə yaradan istənilən addımı Vyetnam və Əfqanıstanın taleyini təkrarlayacaq.
Samir