Oğrunun oğurladığı motosikleti başqası oğurladı - Özü məsciddə yatırmış

DÜNYA
20:37 / 26.05.2025
97

İndoneziyada bir oğrunun oğurladığı motosiklet oğurlanıb. 

HİT.az bu barədə "World of Buzz"a istinadən xəbər.

Hadisə oğru məsciddə yatan zaman baş verib. 22 yaşlı Martoqi Sinaqa yerli kafelərdən birinin qarşısında danayan "Kawasaki KLX 150сс model motosikleti oğurlamaq qərarına gəlir. Oğurluqdan sonra o, təxminən 600 kilometr məsafə qət edərək Sumatra adasının şimalında yerləşən vətəni olan regiona çatmaq üçün qaçmağa çalışıb.

Yolboyu Aek-Kanopan şəhərindəki məscidlərdən birində dincəlmək üçün dayanır. Oğurladığı motosikleti girişdə qoyaraq yatır. Lakin oyandıqda motosikletin artıq orada olmadığını görür. Məlum olub ki, başqa bir şəxs onu oğurlayıb.

Polis Serdanq-Beqaqedəki gecə bazarında Sinaqanı həbs edə bilib. Motosiklet hələ tapılmasa da, oğru törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb ediləcək. Polis əlavə edib ki, ikinci şübhəli və oğurlanan nəqliyyat vasitəsinin axtarışı davam edir.

Samir
 

0