Bloomberg: İsrail bütün Qəzza əhalisini üç bölgəyə köçürməyi planlaşdırır

DÜNYA
16:06 / 26.05.2025
116

İsrail iki ay ərzində Qəzza zolağının 75%-nə nəzarəti ələ keçirmək və sahil zolağına yeni hərbi hücumun bir hissəsi olaraq sakinlərini üç təyin olunmuş əraziyə yerləşdirmək niyyətindədir. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Amerika agentliyinin məlumatına görə, ümumi sahəsi cəmi 226 km2 olan Qəzza zolağının bütün əhalisi (2,1 milyon nəfər) ərazinin 25%-ni təşkil edən üç bölgəyə göndəriləcək: cənubda Mavasi bölgəsinin cənubuna, Qəzzanın mərkəzi hissəsinə və şimalda Qəzza şəhərinə.

İsrail hərbçilərinin məlumatına görə, onların qoşunları və tankları hazırda zolağın ərazisinin təxminən 40%-nə nəzarət edir.

Mayın 18-də İsrail Müdafiə Qüvvələri (IDF) Gideonun arabaları əməliyyatı çərçivəsində Qəzza zolağında genişmiqyaslı quru əməliyyatlarına başlayıb. Hərbi əməliyyatın “Qəzzada yerləşən terror təşkilatlarına” qarşı yönəldiyi bildirilir.

Mayın 19-da İsrailin baş naziri Benyamin Netanyahu Qüdsün bütün Qəzzaya nəzarət edəcəyini və HƏMAS-ın “humanitar yardımı talamasına” imkan verməyəcəyini deyib.

Samir

0