Amerikalı analitik: "Trampın tənqidləri Rusiyanı dayandırmayacaq"

DÜNYA
19:44 / 26.05.2025
91

"Rusiya ABŞ prezidenti Donald Trampın tənqidlərinə baxmayaraq, Ukraynada xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa davam edəcək". 

HİT.az xəbər verir ki, bu barədə amerikalı analitik Uill Şrayver X sosial şəbəkəsindəki hesabında yazıb.

"Dağılan imperiyanın hazırda nədən narazı olması rusların vecinə deyil. İstədiklərini etməyə davam edəcəklər, deyə ekspert bildirib.

Onun fikrincə, Vaşinqton yalnız Moskvanın hərəkətləri ilə barışmalı olacaq. Ona görə ki, Amerika hakimiyyəti Ukraynada baş verənlərlə bağlı heç nə edə bilmir.

Mayın 25-də "Reuters" xəbər verib ki, gecə saatlarında Rusiya Silahlı Qüvvələri münaqişə başlayandan bəri Ukrayna ərazisinə ən böyük hava hücumunu həyata keçirib. Ukrayna rəsmiləri ölkənin 367 pilotsuz uçuş aparatı və raketdən ibarət "baraj"a məruz qaldığını bildiriblər.

Tramp daha sonra hadisəyə münasibət bildirib. O, Rusiya lideri Vladimir Putinin hərəkətlərindən narazı olduğunu və ona nə baş verdiyini bilmədiyini bildirib. Ağ Evin sahibi vurğulayıb ki, Rusiya prezidenti ilə həmişə anlaşıb, lakin indi o, şəhərlərə raketlər atır və bu, Amerika liderinin narazılığına səbəb olur.

Samir
 

0