Reuters: Rusiya Vatikanda Ukrayna ilə danışıqların aparılmasına qarşıdır

DÜNYA
17:07 / 26.05.2025
86

Rusiya Vatikanı Ukrayna ilə danışıqlar platforması hesab etmir. Bunun əsas səbəbi onun NATO və Avropa İttifaqının üzvü olan İtaliyada yerləşməsidir.

HİT.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç Rusiya mənbəsinə istinadən məlumat yayıb. 

Onların fikrincə, bundan başqa, bir çox Rusiya rəsmiləri Qərbin sanksiyaları səbəbindən Vatikana uça bilməyəcək.

"Vatikan Rusiyada qətiyyən belə mürəkkəb münaqişəni həll etməyə qadir ciddi qüvvə kimi görünmür", deyə mənbə Reuters agentliyinə bildirib. 

Səbəblər arasında agentliyin həmsöhbətləri Rusiya və Ukraynanın "əsasən pravoslav ölkələri" olduğunu da qeyd ediblər.

Mayın 21-də Papa XIV Lev Vatikanda Rusiya və Ukrayna arasında görüş təşkil etməyə hazır olduğunu təsdiqləyib. "Bloomberg" yazıb ki, bu variant ABŞ prezidenti Donald Tramp və Avropa liderləri tərəfindən dəstəklənir, Rusiya isə danışıqları İstanbulda davam etdirməyə üstünlük verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vatikanın Moskva ilə Kiyev arasında danışıqlar yeri kimi seçilməsini qeyri-qanuni adlandırıb.

Samir


 

0