Almaniya Ukraynaya 100-150 ədəd "Taurus" qanadlı raketi ötürə bilər.
HİT.az xəbər verir ki, bu barədə "Clash Report" "Telegram" kanalında məlumat verilib.
Nəşr qeyd edir ki, Almaniya federal kanslerinin Ukraynanı uzaqmənzilli silahlarla təchiz etmək zərurəti ilə bağlı bəyanatı ilə əlaqədar Kiyev alman raketlərini almaq ehtimalı yüksəkdir.
Bundan əvvəl kansler Fridrix Merz bəyan etmişdi ki, Ukrayna artıq Rusiya ərazisində hərbi infrastruktura uzunmüddətli zərbələr endirə bilər.
O bildirib ki, Britaniya, Almaniya, Fransa və ABŞ artıq Ukraynaya tədarük edilən silahların çeşidini məhdudlaşdırmır.
Merz əlavə edib ki, Ukrayna indi Rusiyadakı hərbi obyektlərə hücum etməklə özünü müdafiə edə bilər.
"Bloomberg" həmçinin bildirib ki, Avropa ölkələri öz ehtiyatlarının tükənməsi fonunda Ukraynaya təhvil verilməsi üçün Amerika silahlarının alınması imkanlarını müzakirə edirlər.
Agentliyin mənbələrinə görə, Bayden administrasiyası tərəfindən təsdiqlənmiş hazırkı silah tədarükü bu yayında tamamlana bilər.
Samir