18-ci əsrin sonunda Aleksandr Suvorovun sifarişi ilə tikilmiş Kimeneqorod qalası simvolik olaraq 1 avroya Finlandiyanın Kotka şəhərinə satılıb.
HİT.az "Yle" nəşrinə istinadən xəbər verir ki, yenidənqurmadan sonra tarixi məkan muzeylər, tədbirlər və turizm məkanına çevriləcək.
Müqavilə əvvəllər qalanın sahibi olan "Senate Properties" dövlət şirkəti ilə bağlanıb. Obyektin sahəsi təqribən 50 hektardır, onun üzərində 20 bina var. Finlandiya Maliyyə Nazirliyinin hesablamalarına görə, ərazinin bərpası üçün 18 milyon avro lazımdır.
Kimeneqorod qalası 1791-1795-ci illərdə Rusiya İmperiyasının İsveçlə sərhədini qorumaq üçün tikilib. Rus-İsveç müharibəsindən (1808-1809) sonra o, strateji əhəmiyyətini itirib, lakin 1917-ci ilə qədər burada rus qarnizonu yerləşib. Əvvəlki sahibi əmlakı saxlamaq üçün hər il 200.000 avro xərcləyib.
Samir