Arvadının qətlini sifariş etdi, 20 il sonra saxlanıldı

DÜNYA
23:15 / 27.05.2025
88

ABŞ-da 57 yaşlı Con Uorrell 20 il əvvəl baş verən həyat yoldaşını öldürməkdə şübhəli bilinərək həbs edilib. 

HİT.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Doris Uorrell 2006-cı ildə Corciya ştatında ərinə və ona məxsus əyləncə mərkəzində güllələnərək öldürülüb. 

"Onda bir çox insan Dorisin uğursuz quldurluğun təsadüfi qurbanı olduğuna inanırdılar və Con kədərli ər və qayğıkeş ata kimi təsvir edildi", deyə Dövlət Təhqiqat Bürosunun agenti bildirib.

Mətbuatın yazdığına görə, polis faciə zamanı cütlüyün evində yaşayan və uşaqlara baxmağa kömək edən dayə ilə əlaqə saxlamağa müvəffəq olduqdan sonra iş səngiyib. Qadın ailədə işəgötürənləri ilə işlərin yaxşı getmədiyini, Con Uorrellə münasibətdə olduğunu etiraf edib.

Müstəntiqlərin fikrincə, kişi arvadının bu münasibətdən xəbər tutacağından və bunun boşanma ilə nəticələnəcəyindən və uşaqların himayəsindən məhrum olacağından narahat olub. Bundan sonra o, bir qatil tapıb və həyat yoldaşının qətlini sifariş edib.

İstintaq zamanı Uorrell ailəsində işləyən dayə Venesuelaya, sonra isə Con Uorrelin onunla birlikdə yaşadığı Kosta Rikaya gedib. Cütlük bir müddət birlikdə olub, sonra Con vətəninə qayıdıb və Missuri ştatında məskunlaşıb.

İndi həmin şəxs həbs edilib və birinci dərəcəli qətl və qətl törətmək üçün sui-qəsddə ittiham olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları Uorrell ailəsində dayə işləyən qadınla danışa biliblər.

Samir

0