III Çarlz Kanadaya səfəri zamanı şahzadə Harri ilə barışacaq?

DÜNYA
20:59 / 27.05.2025
45

Britaniya kralı III Çarlzın Kanadaya səfəri zamanı şahzadə Harri ilə sülh bağlamaq niyyəti yoxdur. 

HİT.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

III Çarlz və kraliça Kamilla mayın 26-dan 27-dək Kanadada olacaqlar. Britaniyalı jurnalist Helena Çardın sözlərinə görə, kral ailəsinin üzvləri Susseks hersoqu ilə eyni qitədə olacaqlarına baxmayaraq, onlar görüşmək fikrində deyillər.

"Əlbəttə, kral kiçik oğlu ilə barışmaq istərdi. Bununla belə, şahzadə Harrinin kral ailəsini tərk etməsindən beş ildən çox vaxt keçib və onların hələ də münasibətləri düşmənçiliklə doludur. Sasseks hersoqu bütün etibarı qırıb və atası və kral ailəsi ilə hər hansı barışıq imkanını istisna edib", dryə Çard bildirib.

Britaniya kral eksperti Hilari Fordviç monarxın Kanadaya səfəri Harri ilə görüşünün çox çətin olduğunu bildirib:

"Harri hərəkətləri ilə bilərəkdən ağrı və ictimai zərərə səbəb olub, buna görə də kral ailəsi onu idarə olunmaz hesab edir. Onunla daha çox əlaqə qurmaq istəmirlər".

Samir

0