Arxeoloqlar qədim "göy qurşağı əjdahasının" sirrini açdı

DÜNYA
22:36 / 27.05.2025
90

Yaponiyanın qədim Nara şəhərində yerləşən Şosoin xəzinəsində yüzillərdir saxlanılan mumiyalanmış “göy qurşağı əjdahası”nın sirri nəhayət ki, açılıb. 

HİT.az "Fox News"a istinadən xəbər verir ki, bu sirli qalıqları 1429-cu ildə XV əsrin məşhur şoqunu Yoşinori Aşikaga aşkar etmişdi.

Əfsanəyə görə, Aşikaga Narada yerləşən Todaici məbədini ziyarət edərkən, nadir və qiymətli ranjatay adlanan ağardılmış ağac növündən bir parça kəsmiş və həmin vaxt “kiçik əjdahaya bənzəyən” günəşdə qurumuş bir varlıq görmüşdü. Məbədin bir rahibi daha sonra bu “əjdaha” haqqında danışmış, Aşikaga isə skeleti özü ilə götürərək xəzinədə saxlamışdı.

Lakin yeni tədqiqat nəticələri göstərir ki, bu skelet əslində əjdahaya deyil, dişi yapon qırqovuluna – daha dəqiqi, Martes cinsindən olan bir yapon qırqovuluna məxsusdur. Bu tüklü, qırqovula bənzər heyvan Yaponiya arxipelaqının mərkəzi və cənub hissələrində yayılıb.

Tədqiqatda deyilir: "İki azı dişi (premolyar) aydın şəkildə görünür və bu xüsusiyyət onun Martes cinsinə aid olduğunu göstərir".

Araşdırma zamanı rentgen texnologiyası və radio-karbon analizindən istifadə olunaraq müəyyən edilib ki, bu qırqovulun yaşı XI-XII əsrlərə aiddir. Maraqlıdır ki, həmin dövrdə Todaici məbədində genişmiqyaslı yenidənqurma işləri aparılırdı. Ekspertlər ehtimal edirlər ki, heyvan binaya təsadüfən girib, orada tələyə düşərək ölüb və daha sonra günəş altında quruyaraq mumiya halına gəlib. Skeletin fotolarında ön ayaqların olmaması isə onu əjdahaya bənzər hala salır.

Əfsanəyə əsasən, hər dəfə bu skeletin saxlandığı xəzinə açıldıqda, bölgəyə güclü yağış yağırdı. Tədqiqatçılar da Tokiodan Naraya səfərləri zamanı güclü leysanlarla qarşılaşıblar. Şosoin xəzinəsinin mühafizəsi üzrə mütəxəssis Mami Tsuru bildirib ki, bu skeletin Todaici rahibinin təsvir etdiyi həmin mumiya olduğuna əmindir. O əlavə edib:

"Yaş təyini bizə bu mumiyanın Muro­maçi dövrünə aid sənəddə qeyd olunan, günəşdə qurudulmuş və əjdahaya bənzəyən varlıq olduğunu ehtimal etməyə əsas verir. Biz hesab edirik ki, bu, Şosoin xəzinəsinin yalnız bədii əşyaları deyil, içərisindəki hər bir əşyanı necə qoruduğunun gözəl nümunəsidir".

Samir

0