"Pornhub", "Stripchat", XNXX və "XVideos" porno saytları Avropa Komissiyası tərəfindən araşdırlır.
HİT.az-ın məlumatına görə, agentliyin saytında bildirilir ki, platformalar yetkinlik yaşına çatmayanları böyüklər üçün nəzərdə tutulmuş məzmundan qorumaq tədbirlərinə əməl etməməkdə şübhəli bilinir.
2023-cü ildə sadalanan şirkətlərin hamısı Aİ Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində "çox böyük" onlayn platformalar hesab edilib. Bu kateqoriyaya 45 milyondan çox aktiv istifadəçisi olan bütün platformalar daxildir. Bu, onlardan qeyri-qanuni və zərərli məzmunla mübarizə üçün daha fəal tədbirlər görməyi tələb edib.
Platformalar üçün yeni tələblər arasında istifadəçilərin yaşını yoxlamaq üçün effektiv vasitələrin tətbiqi öhdəliyi də var. AFP-nin məlumatına görə, dörd porno saytın hamısında yoxlama prosesi müvafiq düyməyə yalnız bir klik edir. Belə bir tədbir yetkinlik yaşına çatmayanları pornoqrafik məzmundan qorumaq üçün Aİ tələblərinə uyğun gəlməyə bilər.
Avropa Komissiyasının təhqiqatı onların günahını sübuta yetirərsə, saytları dünya üzrə illik dövriyyəsinin 6%-i qədər cərimə gözləyir.
Samir