Çin paraplançısı Pen Yütszyan təsadüfən onu 8000 metrdən yuxarı qaldıran hava axınına düşdükdə möcüzəvi şəkildə sağ qalıb - bu hündürlük dünyanın ən yüksək zirvəsi Everestdən (8848 m) cəmi bir qədər aşağıdır.
HİT.az xəbər verir ki, lakin idmançı cəzasız qalmayıb - uçuş videosu viral olduqdan sonra ona altı ay müddətinə bu idman növü ilə məşğul olmaq qadağan edilib. Bunu "The Guardian" yazıb.
Xəbərə görə, şəxs uçuşuna Çinin şimalındakı Tsilyan dağ silsiləsində təxminən 3000 metr yüksəklikdən başlatyıb. Burada o, yeni avadanlığı sınamağı planlaşdırıb. Lakin məşqə başladıqdan təxminən 20 dəqiqə sonra güclü yuxarı istiqamətli hava axınına düşüb və onu 5000 metrdən yuxarı qaldırıb.
Penin kamerasından çəkilən video göstərib ki, o, buludların üzərindədir, bədəni şaxta dəyməsindən buz bağlayıb (temperatur -35°C-ə qədər düşüb) və avadanlığını idarə etməyə çalışır.
Yerə enəndən qısa müddət sonra çəkilən videoda Pen bu təcrübəsindən danışıb: "Əllərim xaricdən donmuşdu. Radio ilə danışmağa çalışırdım"
Ol bildirib ki, havada bir saatdan çox qalmışdı və yer üzündəki dostu Qu Çjimin ilə radio əlaqə saxlayıb. Paraplançı eniş etməyə çalışıb, amma cəhdləri uğursuz olub. Daha yuxarı qalxdıqca tələşdi və qısa müddətli şüursuzluq keçirib. Lakin nəhayət Pen start yerindən təxminən 30 km aralıda yerə enə bilib və onu Qu ilə başqa bir dost qarşılayıb.
Hakimiyyət orqanları ifrat idmançını belə uçuşda sağ qalmağı bacardığına görə tərifləyib və hadisəni təsadüfi qəza kimi tanıyıb, lakin onu tənqid etmək üçün də səbəb tapıb. Məsələ ondadır ki, təxminən beş illik paraplançılıq təcrübəsi olan Pen avadanlığı sınaqdan keçirərkən yer səviyyəsindən uzaqlaşmağı planlamırdı və buna görə də heç bir uçuş planını qeydiyyata verməyib. Bu isə onun "müvafiq icazələrə tabe olmadığı" mənasına gəlirib. Buna görə də ona altı ay müddətinə uçuş qadağan edilib.
Daha sonra Penin dostu onun uçuş videosunu və yer üzündəki şərhləri Douyində ("TikTok"un Çin versiyası) paylaşıb və video qısa müddətdə viral olub. Video baxanlarda şok və heyranlıq oyatsa da, hakimiyyət orqanlarının qəzəbinə səbəb olub.
Qansu vilayətinin Aviasiya İdmanı Assosiasiyasının rəsmi hesabatında deyilir: "Qu Çjimin uçuş videosunu icazəsiz yayımladı və bu pis nəticələr doğurdu. Ona altı ay müddətinə cəza verildi və hərəkətlərinin mənfi təsirlərini dərindən dərk etmək üçün hesabat yazmaq tapşırıldı".
Həmçinin, Penin uçuşu zamanı qırılmış hər hansı rekordun rəsmi olaraq qəbul edilməyəcəyi də vurğulanıb, çünki uçuş qeydiyyata alınmayıb.
Pen uçuşu zamanı alman paraplançısı Eva Vişnerskanın 2007-ci ildə Avstraliyada paraplançılıq edərkən oxşar yuxarı istiqamətli hava axınına düşdükdə qırdığı 9946 metrlik dünya rekorduna yaxınlaşıb. Vişnerska təxminən 40 dəqiqə şüursuz qalmışdı və nə qədər yüksəklikdə uçduğunu yalnız uğurla yerə endikdən və uçuş məlumatlarını yoxladıqdan sonra öyrənib.
Samir