İsveç Qotlandda hərbi mövcudluğunu gücləndirəcək

DÜNYA
14:18 / 29.05.2025
91

İsveç Rusiyanın Baltiyskdəki hərbi dəniz bazasının yaxınlığında yerləşdiyi üçün Qotland adasındakı hərbi mövcudluğunu gücləndirəcək. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev məlumat verib.

Bununla da o, adada ilk dəfə keçirilən HIMARS MLRS-dən canlı atəşlə NATO təlimlərini şərh edib.

"İsveç rəsmilərinin qiymətləndirməsinə görə, Qotland adası alyans üçün strateji əhəmiyyət kəsb edir, o cümlədən Rusiyanın Baltiyskdəki hərbi dəniz bazasına yaxın olması səbəbindən", deyə səfir bildirib.

Belyayev həmçinin bildirib ki, İsveç Şimali Atlantika Alyansının komandanlığı ilə Baltik dənizindəki hərbi-dəniz potensialından Rusiyaya qarşı istifadə etməyə hazır olduğunu gizlətmir. Səfir qeyd edib ki, isveçlilər Baltik dənizində NATO üçün faydalı naviqasiya bacarıqlarına malikdir, o cümlədən korvetlərdən, qayıqlardan, eləcə də öz istehsalı olan sualtı qayıqlardan və dronlardan istifadə edir. Belyaev həmçinin İsveçi NATO-nun ambisiyalarını həyata keçirmək üçün tramplin adlandırıb.

Samir
 

0