AP prezidenti: Ukraynada sülh atəşkəslə başlamalıdır

DÜNYA
15:05 / 29.05.2025
95

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bildirib ki, Ukraynada sülh tam atəşkəslə başlamalı və Kiyev ərazi ilə bağlı qərarları təkbaşına qəbul etməlidir. 

HİT.az xəbər verir ki, bu barədə "La Stampa" yazıb.

"Sülh, ilk növbədə, atəşkəs deməkdir. Sonra Ukraynasız Ukrayna ilə bağlı heç bir qərar verməyən razılaşma olmalıdır. Bu, bizim üçün çox vacib məqamdır. Siz heç vaxt başqasının öz ərazisi ilə bağlı qərar qəbul etməsinə imkan verəcək ölkə tapa bilməzsiniz", deyə Metsola bildirib.

O bildirib ki, Avropa İttifaqı, Britaniya və Kanadanın mövqeləri bu prinsiplərə əsaslanır.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Andrey Klimov bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqı Rusiya ilə ABŞ arasında münasibətlərin qurulmasına qarşı çıxmaq üçün əlindən gələni edir.

Siyasətçi qeyd edib ki, bu gün Vaşinqtonun Moskvaya qarşı sanksiyalar siyasətində necə iştirak edəcəyi bəlli deyil, çünki prezident Donald Tramp tərəddüd edir. Klimov bildirib ki, bu baxımdan Avropa İttifaqı ABŞ-ı öz tərəfinə çəkməyə çalışır.

Samir
 

0