Çin texnoloji nəhəngi "Xiaomi"nin 2025-ci il birinci rüb gəliri 15,5 milyard dollara çatıb.
HİT.az xəbər verir ki, "Xiaomi" 2025-ci ilin ilk rübündə 111,3 milyard yuan (15,5 milyard ABŞ dolları) gəlir əldə edərək, ardıcıl ikinci dəfə 100 milyard yuan (təxminən 14 milyard dollar) həddini aşıb.
Şirkətin düzəliş edilmiş xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 64,5% artımla 10,7 milyard yuana (1,49 milyard dollar) çataraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.
"Xiaomi"nin smartfon satışlarından gəliri 2025-ci ilin ilk rübündə illik baza əsasında 8,9% artım göstərərək 50,6 milyard yuana (7 milyard dollar) çatıb. Qlobal smartfon göndərişləri 41,8 milyon ədədə çataraq şirkətin ardıcıl yeddinci rübdə müsbət böyümə qrafikini davam etdirməsini təmin edib.
"Canalys" adlı tədqiqat şirkətinin məlumatlarına görə, "Xiaomi" qlobal smartfon bazarında 14,1% payla ardıcıl on doqquzuncu rübdür dünyanın ən çox göndəriş edən ilk üç markasından biri olmaqda davam edib.
Samir