ABŞ-da alimlərin böyük tibbi jurnallarda dərc olunması qadağan edilə bilər

DÜNYA
21:38 / 29.05.2025
83

ABŞ Səhiyyə Naziri Robert Kennedi Kiçik bildirib ki, ABŞ hökuməti öz alimlərinin "korrupsiyalı" olmaları səbəbi ilə böyük elmi tibbi nəşrlərdə dərc olunmasını qadağan edə bilər. 

HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

O bildirib: "Lancet", "New England Journal of Medicine", JAMA və digərləri - çünki onların hamısı korrupsiyalaşıb", deyə nazir bildirib.

Kennedi Kiçik qeyd edib ki, bu jurnallar farmasevtik şirkətlərin nəzarəti altındadır. Öz növbəsində o, ABŞ Səhiyyə Nazirliyinin himayəsi altında jurnallar yaratmağı təklif edir. O vəd edib ki, bu nəşrlər "görkəmli" olacaq.

Bundan əvvəl Robert Kennedi Kiçik Argentina prezidenti Xavyer Miley ilə görüşdən sonra bildirib ki, ABŞ və Argentina Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ yaratmaq müzakirə edir. O qeyd edib ki, yeni təşkilat siyasətdən, korrupsiyadan azad olacaq və "elmin qızıl standartı" əsasında qurulacaq.

Samir
 

0