Üç ölkə İranın nüvə obyektlərinə zərbələrin endirilməsinə qarşıdır

DÜNYA
16:50 / 29.05.2025
88

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud İranın nüvə obyektlərinə zərbələrin endirilməsinə qarşıdırlar.

HİT.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Fars körfəzi ölkələrinin liderləri Yaxın Şərqə səfəri zamanı ABŞ prezidenti Donald Trampa öz mövqelərini açıqlayıblar. Liderlər İsrail və ya ABŞ-ın İranın nüvə obyektlərinə mümkün zərbəsinə qarşı çıxmaqla yanaşı, Amerika prezidentini İranın nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə çağırıblar.

"Axios" mənbələrinin məlumatına görə, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani də Donald Trampa deyib ki, İranın nüvə obyektlərinə hücum olarsa, Tehran ABŞ hərbi bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrini vura bilər. Belə bir ssenaridə ən çox Fars körfəzi ölkələri zərər görəcək, o əmindir.

ABŞ prezidenti Donald Tramp daha əvvəl demişdi ki, İranla danışıqlar çox yaxşı gedir və tərəflər yaxın vaxtlarda razılıq əldə edə bilərlər. Mayın 23-də İtaliyada ABŞ-İran danışıqlarının beşinci raundu baş tutub. Vasitəçi qismində çıxış edən Oman görüşün “bəzi, lakin yekun deyil” ilə yekunlaşdığını bildirib. Maneə Tehranın mülki məqsədlər üçün zəruri olan dinc nüvə proqramı hüququnu müdafiə edən mövqeyi idi. Vaşinqton bunda İranın nüvə silahı yaratması təhlükəsini görür.

Samir
 

0