6 yaşlı qızını gözləri və dərisinə görə falçıya satdı - FOTO

09:38 / 30.05.2025
283

Cənubi Afrikanı sarsıdan insan alveri işi ilə bağlı məhkəmə qərarı açıqlanıb. 

HİT.az xəbər verir ki, 6 yaşlı qızını sadəcə açıq rəngli gözləri və dərisinə görə bir falçıya satan ana - Rakel Kelli Smit və onun həyat yoldaşı məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. Hadisənin detalları və ana tərəfindən göstərilən səbəb məhkəmə zalında gərginliyə səbəb olub.

Cənubi Afrikada yaşayan ana Rakel Kelli Smitin 6 yaşlı qızı Coşlin Smit bu ilin fevral ayında Keyptaun yaxınlığındakı Saldanha Körfəzindəki evinin önündən itkin düşmüşdü və o vaxtdan bəri izinə rast gəlinməyib. İstintaq zamanı məlum olub ki, Smit qızını yalnız 800 funt-sterlinq qarşılığında bir falçıya satıb. Məhkəmədə təqdim olunan sənədlərdə qeyd olunub ki, falçı qızın “açıq rəngli gözləri və dərisinə” görə onu istəmiş və ana bu səbəblə satışa razı olub.

Məhkəmə ölkə daxilində geniş əks-səda doğurub. Məhkəmədə 30-dan çox şahid ifadə verib və qızın yoxa çıxmasından əvvəlki çətin həyatı ilə bağlı mühüm detallar açıqlanıb. Ana və onun iki ortaq təqsirləndirilən şəxs məhkəmə prosesləri boyunca ifadə verməkdən və şahid çağırmaqdan imtina edib.

Hakim Neytan Erasmus hökmü elan edərkən "İnsan alverinə görə ömürlük həbs cəzasına, adam oğurluğuna görə isə əlavə 10 il həbs cəzasına məhkum edilirsiniz" deyib. Qərardan sonra məhkəmə zalında gərginlik yaşanıb, lakin bəzi şəxslər qərarı alqışlarla qarşılayıblar.

İtkin düşən qızın nənəsi Amanda Smit-Daniels cəza qərarından əvvəl məhkəmə zalında Smitə yalvararaq "Uşağımı geri gətir ya da harada olduğunu de" deyib. O, nəvəsini geri qaytarmayacağı üçün verilən cəzanın kifayət etmədiyini bildirib: "Bu hadisədən sonra ailəmiz tamamilə dağıldı".

Hadisədən sonra genişmiqyaslı axtarış əməliyyatları aparılsa da, Coşlin Smit hələ də tapılmayıb.

Samir

0