AP deputatı: "Ukraynanın hərbi qələbəsi mümkün deyil"

DÜNYA
15:38 / 30.05.2025
93

Avropa Parlamentinin deputatı Fernand Karteyser Ukraynanın döyüş meydanında hərbi qələbə qazana bilməyəcəyinə və uzunmüddətli perspektivdə qələbənin Rusiyaya məxsus olacağına əminliyini ifadə edib. 

HİT.az xəbər verir ki, siyasətçi bu barədə "RİA Novosti"yə müsahibəsində bildirib.

Fernand Karteyser qeyd edib ki, əksəriyyət Ukrayna üçün münaqişədən hərbi çıxış yolunun olmadığını anlayır:

"Əgər atəşkəs və sülh müqaviləsi olmasa, münaqişə davam edəcək və dağıdıcı müharibəyə çevriləcək - sonda Rusiya qalib gələcək".

Siyasətçi onu da qeyd edib ki, Kiyevə silah verilməsi yalnız döyüşləri uzadır və hər iki tərəfin iztirablarını artırır. Eyni zamanda o, ümid etdiyini bildirib ki, gec-tez münaqişə tərəfləri Avropada yeni təhlükəsizlik sisteminin yaradılması üçün danışıqlar masası arxasına əyləşəcəklər.

Samir
 

0