Ay qayalarındakı maqnit izləri ilə gələn yeni toqquşma nəzəriyyəsi

DÜNYA
22:36 / 30.05.2025
96

Dünyaya gətirilən Ay nümunələrindəki güclü maqnit izləri uzun müddətdir ki, alimləri düşündürür. MİT komandasının yeni araşdırması isə bu izlərin böyük bir toqquşmanın yaratdığı müvəqqəti təsirlə əmələ gələ biləcəyini irəli sürür.

HİT.az xəbər verir ki, Apollo missiyalarından bəri Aydan gətirilən daşlar alimlər üçün həqiqətən də bir "zaman kapsulu" funksiyasını yerinə yetirir. Onillər keçməsinə baxmayaraq, bu nümunələr hələ də yeni sualların qarşısını açır. Ən diqqətçəkən tapıntılardan biri də bəzi Ay qayalarının güclü bir maqnit sahəsinə məruz qaldığını göstərməsidir. Bu olduqca maraqlıdır, çünki Ayın bu gün belə bir maqnit sahəsi yoxdur.

Ayın keçmişdə müvəqqəti bir maqnit sahəsinə malik ola biləcəyi düşünülsə də, bu sahənin necə yarandığı hələ də aydın deyil. MİT-də aparılan və "Science Advances" jurnalında dərc olunan yeni bir araşdırmada bu suala yeni bir cavab təklif edilir. Araşdırmaya görə, Ayın səthinə dəyən böyük bir asteroid qısa müddətliyinə Ayın zəif maqnit sahəsini gücləndirə bilmişdir. Qayalardakı bu izlər də o vaxt əmələ gələ bilər.

Son illərdə aparılan müşahidələr və Çinin "Chang’e" missiyalarından əldə edilən məlumatlar, Ayın erkən dövrlərində zəif də olsa bir maqnit sahəsinə malik olduğunu göstərir. Lakin bu sahənin necə meydana çıxdığı məsələsi hələ də aydın deyil. Normalda, belə sahələr planetlərin nüvələrində fırlanan maye metalların yaratdığı "dynamo effekti" ilə əmələ gəlir. Lakin Ayın nüvəsi həm kiçikdir, həm də mantiya ilə arasında ciddi bir istilik fərqi yoxdur. Bu da klassik dynamo mexanizmasının burada işləməməsi deməkdir.

Buna görə də fərqli izahlar irəli sürülür. 2022-ci ildə aparılan bir araşdırmaya görə, cavan Ayın səthi ərimiş qayalarla örtülü idi. Bu nəhəng lava dənizləri zamanla soyuyaraq sıx kütlələrə çevrildi və nüvəyə doğru çökdü. Bu hərəkətlilik müvəqqəti istilik fərqləri yaradıb bəzi dövrlərdə qısamüddətli maqnit sahələrinin yaranmasına səbəb ola bilmişdir.

Başqa bir baxış nöqteyi isə maqnit izlərinin birbaşa Ayın daxili prosesləri ilə deyil, toqquşma hadisələri ilə əlaqəli olduğunu iddia edir. 2021-ci ildə dərc olunan bir araşdırmada, əvvəllər ölçülən maqnit izlərinin təhlil üsulları səbəbindən səhv şərh edilə biləcəyi irəli sürülmüşdü. Yeni testlərdə CO₂ lazerlə təhlil edilən nümunələrdə, bu izlərin bəzi hallarda meteorit və ya kometa toqquşmaları ilə əlaqələndirilə biləcəyi aşkar edildi.

MİT-dən Benjamin Weiss və Rona Oranın əvvəlki simulyasiyalarında, bu toqquşmaların Ayın zəif maqnit sahəsini müvəqqəti olaraq gücləndirə biləcəyi fikri irəli sürülmüşdü. Yeni araşdırmada onlar bu fikri bir addım irəli apardılar. Xüsusilə Ayın böyük İmbrium (Imbrium) hövzəsini yaradan toqquşmanı əsas götürən simulyasiyalar, toqquşma anında yaranan plazma buludunun Ayın ətrafına yayılaraq zəif sahəni təxminən 40 dəqiqəlik müddətə gücləndirə biləcəyini göstərir.

Araştırmacılar həmçinin, toqquşmanın yaratdığı şok dalğalarının ətrafdakı qayaları atom səviyyəsində yenidən təşkil edib, onların bu müvəqqəti sahə ilə uyğunlaşmasına səbəb ola biləcəyini düşünürlər. Weiss bu vəziyyəti "maqnit sahəsi içərisində havaya atılan iskambil kağızlarının eyni istiqamətə dönərək yerə enməsi" kimi təsvir edir.

Aydan gətiriləcək yeni nümunələr bu nəzəriyyələrin təsdiqi baxımından həlledici ola bilər. Xüsusilə NASA-nın Artemis missiyaları ilə toplanacaq daşlar, həm maqnit izlərini, həm də toqquşma təsirlərinin fiziki nəticələrini öyrənmək üçün yeni imkanlar yarada bilər. Lakin bu cür araştırmaların kəsilməməsi üçün Artemis II və III kimi missiyaların planlaşdırıldığı kimi həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Samir
 

0