Müdafiə və enerji ekspertləri xəbərdarlıq edir ki, Britaniyanın qaz və elektrik xətləri Rusiya Federasiyası və digər düşmənlərin hücumlarına çox həssasdır.
HİT.az xəbər verir ki, bu barədə "Politico" yazır.
Onlar qeyd edirlər ki, mühüm əhəmiyyət kəsb edən qaz kəmərləri, elektrik xətləri və məlumat kabelləri Britaniya təhlükəsizliyinin zəif nöqtəsidir və ölkəni Rusiya və ya digər düşmənlərin potensial fəlakətli” təxribatına qarşı həssas edir.
Keçmiş yüksək vəzifəli dövlət məmurları da daxil olmaqla, analitiklər təhlükənin lazımi səviyyədə qiymətləndirilmədiyini düşünürlər.
Keçmiş müdafiə və energetika naziri Qrant Şapps nəşrə verdiyi müsahibədə məsələ ilə bağlı təmkinliliyin həqiqətən narahatçılıq doğurduğunu deyib: "Bizim sualtı infrastrukturumuz bir növ zəif nöqtədir və kifayət qədər işlər görülmür... Söhbət nə vaxtsa problem olub-olmamasından deyil, nə vaxtdan gedir".
Nazirlərin sözlərinə görə, sualtı infrastruktur müdafiə baxışının bir hissəsi kimi nəzərdən keçiriləcək sahələrdən biridir (ölkənin potensial hərbi təhdidlərə və çağırışlara cavab vermək imkanlarının qiymətləndirilməsi). Böyük Britaniya və onun müttəfiqləri artıq infrastruktura təhdidlərlə mübarizə aparmaq üçün dəniz patrullarını və monitorinqini artırıblar.
Mütəxəssislər Britaniyanın infrastrukturunun potensial olaraq ən həssas hissələri arasında Norveçdən qaz tədarükü üçün istifadə edilən Langeld boru kəmərini qeyd edirlər.
Britaniya hökumətinin enerji strategiyası departamentinin keçmiş rəhbəri Adam Bell deyib: "Langeld bizim ən böyük zəif nöqtəmizdir. Bu o demək deyil ki, o, partlasa, hamımız öləcəyik, lakin bu, hər şeyin tez bir zamanda xeyli bahalaşacağı anlamına gəlir. Qaz tədarükünün məhdudlaşdırılması riski va".
Eyni zamanda, digər analitiklər hesab edirlər ki, kəmərə hücum ehtimalı aşağıdır.
Samir