Son aylarda Fələstin vətəndaş əhalisi getdikcə daha açıq şəkildə HƏMAS hakimiyyətinə qarşı çıxır.
HİT.az xəbər verir ki, bir neçə şəhərdə etiraz aksiyaları keçirilib - minlərlə insan İsraillə müharibənin sona çatdırılmasını və hətta rejimin dəyişdirilməsini tələb ediblər. Terrorçuların cavabı isə amansız repressiyalar - həbslər, işgəncələr və edamlar olub.
Lakin əhalinin bir hissəsi artıq açıq-aşkar HƏMAS-ə itaətdən çıxıb. Çoxları ABŞ fondunun - Qəzza Humanitar Fondu (Gaza Humanitarian Foundation) tərəfindən təşkil edilən humanitar yardım paylamalarını boykot etməkdən imtina ediblər. Demokratiyaların Müdafiəsi Fondunun (Foundation for Defense of Democracies) təhlükəsizlik məsələləri üzrə eksperti Set Fransman bu barədə BILD-ə belə deyib:
"ABŞ tərəfindən dəstəklənən yeni humanitar təşəbbüs Qəzzadakı insanlara HƏMAS-ın nəzarət etdiyi bölgələrdən kənarda qida əldə etməyə imkan verdi. Bu insanlar adətən HƏMAS-ın hələ də müəyyən nəzarəti saxladığı bölgələrə qayıtmalı olurlar".
Eyni zamanda, Fransmanın sözlərinə görə, HƏMAS-ın dəstəyinin nə qədər güclü olduğunu və Qəzza zolağının vəziyyətinin dəyişə biləcəyini qiymətləndirmək hələ də çox çətindir. Ekspert hesab edir ki, Qəzzadakı bir çox insan Fələstin Muxtariyyətini üstün tutardı, lakin HƏMAS nəzarəti saxlamağa davam edir, çünki onun tabe olduğu ərazidə artıq hər hansı real alternativləri məhv edib.
Samir