Qlobal istiləşmə səbəbindən La-Manş boğazı osminoqların istilası ilə üzləşdi

DÜNYA
21:38 / 30.05.2025
78

Şimali Atlantik okeanında suyun temperaturunun əhəmiyyətli dərəcədə artması La-Manş boğazı osminoq istilası ilə üzləşib.

HİT.az xəbər verir ki, yerli balıqçılıq şirkətləri keçən ilə nisbətən osminoq ovunda 200%-dən çox artım olduğunu bildirirlər.

"Bloomberg"in yazdığı kimi, bu dəyişikliklər ekoloqlar və bioloqlar arasında narahatlıq yaradır. May ayında İrlandiya sahillərindən qərbdə suyun səth temperaturu normadan 4°C, Böyük Britaniya sahilləri yaxınlığında isə 2,5°C yüksək olmuşdur ki, bu da bütün zamanlar üzrə aparılan tədqiqatlar dövründə rekord göstəricidir. Ekspertlər xəbərdar edir ki, avqust ayına qədər suyun istiləşməsi rekord səviyyəyə çata bilər.

Alimlər bildirirlər ki, La-Manş boğazında osminoqu sayının artması onların qidası olan kiçik molyuskların populyasiyasının azalmasına səbəb ola bilər. Bundan əlavə, boğazda suyun istiləşməsi səbəbindən belə şəraitdə rahat yaşayan daha çox meduza və dəniz ləvrəyi çoxalır. Eyni zamanda, Böyük Britaniyanın Ekologiya, Balıqçılıq və Akvakultura Mərkəzindən olan bioloqların məlumatına görə, dənizdə qida zəncirinin əsasını təşkil edən planktonun miqdarı da boğazda azalır.

Samir

0