Yaponiyada işəgötürənlər işçiləri iş yerində yüksək temperaturdan qoruya bilmədikləri halda cərimələnəcəklər. Bu qanunvericilik dəyişiklikləri, 2024-cü ilin yayında bir çox yapon vətəndaşının istiyə məruz qalaraq zərər görməsi ilə bağlı artan narahatlıqlardan sonra qəbul olunub.
HİT.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, ötən il ölkədə istilə əlaqəli təxminən 30 ölüm və 1200-dən artıq əmək xəsarəti qeydə alınıb. Bu göstəricilər 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb və hökuməti iş şəraitinə dair qaydaları sərtləşdirməyə vadar edib.
1 iyun 2025-ci ildən etibarən, işəgötürənlər istiyə bağlı günvurma və digər xəstəliklərin qarşısını almaq üçün effektiv tədbirlər görməyə məcburdurlar. Qaydaların pozulması halında 500 min yenə (təxminən 276 min rubl) qədər cərimə tətbiq edilə bilər.
Yeni qanun, işçilərin vəziyyətini izləmək üçün monitorinq sistemlərindən, bədən temperaturunu nəzarətdə saxlamaq üçün geyilə bilən qurğulardan istifadə olunmasını və tibbi yardıma tez çıxış imkanının təmin edilməsini tələb edir. Əgər hava temperaturu 31 °C-ni və ya istilik indeksi 28 °C-ni keçərsə, əlavə təhlükəsizlik tədbirləri və məcburi fasilələr tətbiq edilməlidir.
"Shimizu Corp." və "Yamato Transport" kimi böyük şirkətlər artıq işçiləri qorumaq üçün geyilə bilən sensorlar və ventilyatorlu jiletlər kimi yeni texnologiya və avadanlıqlar tətbiq ediblər.
Samir