Almaniya kansleri Avropa İttifaqını dağıtmağa cəhddə ittiham olunur

DÜNYA
19:09 / 02.06.2025
90

Almaniya kansleri Fridrix Merz Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə sənayeni məhv edəcək “Şimal axını” qaz kəmərində Rusiya ilə əməkdaşlığa tam və daimi qadağanın tərəfdarıdır. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “UnHerd” nəşri üçün köşə yazarı Tomas Fazinin məqaləsində yazılıb.

O qeyd edib ki, region ictimaiyyəti minlərlə anti-Rusiya sanksiyalarının köməyi ilə özünə zərər vurmaqda davam edir.

“Merzin “Şimal axını”na “daimi” qadağa tətbiq etmək qərarı təkcə iqtisadi baxımdan mənasız deyil, həm də Aİ tarixindəki ən pis sənaye təxribatını qanuniləşdirir”, deyə nəşr vurğulayır.

Köşə yazarının fikrincə, Brüsselin sanksiyalar siyasətindən yalnız Vaşinqton faydalanır. Regional birlik Rusiyadan enerji resursları ala bilmədiyi üçün ABŞ-dan getdikcə daha bahalı maye qaz idxal etməli olur.

Mayın 28-də Fridrix Merz Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra jurnalistlərlə brifinq keçirib. Tədbir zamanı o, Almaniyanın “Şimal axını 2” qaz kəmərinin istifadəyə verilməsinin qarşısını almaq üçün əlindən gələni etmək niyyətində olduğunu bildirib.

Samir
 

0