Cüzam Amerikaya necə gedib çıxıb?

DÜNYA
18:59 / 03.06.2025
103

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, cüzam xəstəliyi Amerikada Kolumb dövründən min illər əvvəl yayılmışdır. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.

Cüzam (löpra) — dəri, periferik sinirlər, yuxarı tənəffüs yollarının selikli qişaları və digər orqanları zədələyən xroniki yoluxucu xəstəlikdir. Ona Mycobacterium leprae və Mycobacterium lepromatosis mikobakteriyaları səbəb olur.

Uzun müddət elmi ictimaiyyətdə cüzamın Böyük Coğrafi Kəşflərdən sonra Avropa kolonizatorları ilə birlikdə Yeni Dünyaya gəldiyi nəzəriyyəsi üstünlük təşkil edirdi. Lakin yeni tədqiqat bu fərziyyəni təkzib edib: mütəxəssislər ilk dəfə olaraq Mycobacterium lepromatosis bakteriyasının DNT-sini bir neçə min il əvvəl yaşamış Amerika yerli sakinlərinin qalıqlarında müəyyənləşdiriblər.

Dəyərli tapıntılar bir-birindən təxminən 12 min kilometr məsafədə yerləşən Kanada və Argentina ərazilərində edilib. Bu, xəstəliyin avropalılarla təmasdan çox əvvəl geniş yayıldığını təsdiq edir.

Əvvəllər Mycobacterium lepromatosis-un qədim qalıqlardakı izlərini aşkar etmək mümkün deyil, çünki bakteriya əsasən yumşaq toxumaları və qan-damar sistemini zədələyir, sümükləri deyil. Qədim DNT-nin müasir təhlil üsullarının inkişafı sayəsində alimlər patogenin genetik izlərini aşkar edə biliblər.

Samir
 

0