2024-cü ilin noyabr ayından Donald Trampın Trump Organization təşkilatı xaricdə 12 layihəyə start verib.
HİT.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu, onun bütün ilk prezidentlik dövründəkindən altı dəfə çoxdur.
Qəzet yazır: "Prezident Tramp biznesi ABŞ-a qaytaracağına söz verib. Onun şəxsi şirkəti xaricdə əvvəlkindən daha fəal bizneslə məşğul olur".
Yanvar ayında Trump Organization şirkətin xarici hökumətlərlə birbaşa iş görməsini qadağan edən etik sazişi dərc edib. Bununla belə, WSJ qeyd edir ki, xarici hökumətlər hələ də Trampın bir sıra şirkət layihələrində iştirak edir. Birbaşa deyil - Trump Organization artıq digər ölkələrin hökumətləri ilə sövdələşmələr edən birgə müəssisələr yaratmaqla bu qadağadan yayınır.
Trampın prezident seçkilərində qələbəsindən sonra onun daşınmaz əmlak firması Yaxın Şərqdə (Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ) altı, Hindistanda isə beş layihə həyata keçirib. Şirkət Serbiyada daha bir layihə həyata keçirəcək. Burada Trump Organization hökumətdən torpaq icarəyə götürmək və Belqradda Müdafiə Nazirliyinin dağılmış binasının yenidən qurulması ilə məşğuldur. O, yenidən 500 milyon dollar dəyərində lüks otelə çevriləcək.
Samir