Pentaqon Qrenlandiyanı Şimali Amerika regionunun təhlükəsizliyinə cavabdeh olan Şimal Komandanlığının məsuliyyət zonasına keçirməyi planlaşdırır. Əvvəllər adaya Almaniyada yerləşən Avropa Komandanlığı nəzarət edirdi. Politico mənbələrə istinadən xəbər verir ki, dəyişikliklər bu həftə qüvvəyə minə bilər.
HİT.az bu barədə "Politico"ya isinadə xəbər verir.
Şimal Komandanlığı ABŞ ərazisini qorumaq və kontinental sərhədlərə nəzarət etmək üçün məsuliyyət daşıyır. O, həmçinin hava hücumundan müdafiə məsələlərinə də nəzarət edir. Yurisdiksiyanın dəyişməsi Pentaqona Qrenlandiyada daha çox Qızıl Qübbə radar sistemləri yerləşdirməyə və adanı ABŞ-Kanada regional müdafiə planlarına daha ətraflı şəkildə inteqrasiya etməyə imkan verəcək.
Bundan əvvəl Ağ Evin sözçüsü Karolin Levitt bildirib ki, prezident Donald Tramp Qrenlandiyanın ABŞ-a qoşulması ideyasına sadiqdir. O, ilk səlahiyyət müddətində adanın mümkün alınmasından danışıb. 2025-ci ilin aprelində “The New York Times” qəzeti Ağ Evin Milli Təhlükəsizlik Şurasının Qrenlandiyanın ABŞ-a ilhaq edilməsi planının necə həyata keçirilməsi ilə bağlı agentliklərə təlimat göndərdiyini yazıb.
"Mən bunu edəcəyimi demirəm, amma heç nəyi istisna etmirəm. Bizə həqiqətən Qrenlandiya lazımdır", deyə Tramp keçən ay NBC-yə bildirib.
Vitse-prezident Cey Di Vens Qrenlandiyanın qərb sahilində yerləşən Pituffik kosmik bazasına səfəri zamanı ada xalqını Vaşinqtonla sövdələşməyə çağırıb və ABŞ-ın himayəsi altında daha yaxşı yaşayacaqlarını vurğulayıb.
Samir