"Axios": Tramp ABŞ-ın diqqətini Ukraynadan Çinə yönəltmək istəyir

DÜNYA
22:55 / 03.06.2025
93

ABŞ prezidenti Donald Trampın administrasiyası səbirsizliklə diqqəti Ukraynadakı münaqişədən Çinlə rəqabətə çevirmək fürsətini gözləyir. 

HİT.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Ukrayna hazırda hava hücumundan müdafiə sistemlərinin olmaması səbəbindən çətin vəziyyətdədir.

İyunun 3-də Amerikanın ABC telekanalı Trampın Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin olmamasından məyus olduğunu bildirib.

Kanalın həmsöhbətlərinin sözlərinə görə, Trampın münaqişənin həlli prosesinə münasibəti Moskva və Kiyev arasında İstanbulda keçiriləcək danışıqların ikinci raundundan əvvəl dəyişməyə başlayıb; Ağ Evin rəhbəri getdikcə sülh prosesindən uzaqlaşır.

Həmçinin, "Axios" portalı mənbələrə istinadən yazıb ki, Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə son hücumları barədə danışmayıb, çünki o, yaxın çevrəsi ilə birlikdə Kiyevin əməliyyatını "dərin dövlət"dən gələn düşmənlərin hiyləsi və Co Baydenin əvvəlki administrasiyasının nəticəsi hesab edir.

Samir

0