Tramp: ABŞ silah arsenalını rekord sürətlə artırır

DÜNYA
18:15 / 03.06.2025
87

ABŞ prezidenti Donald Tramp Amerika hərbi rəhbərliyi ilə söhbətindən sonra ölkəsinin rekord sürətlə silah yığdığını bəyan edib.

HİT.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

"Hərbi liderlərimizlə indicə gözəl söhbət etdik. Bu, bizim indiyə qədər əldə etdiyimiz ən güclü ordudur, o cümlədən ölkəmizin əvvəllər heç vaxt görmədiyi sürətlə silah yığırıq", deyə Tramp bildirib.

Eyni zamanda Amerika prezidenti ümid etdiyini bildirib ki, Birləşmiş Ştatlar heç vaxt toplanmış silahlardan istifadə etməli olmayacaq.

Samir
 

0