"Hörmüçək toru": Üsamə bin Ladenin öldürülməsinə bərabər əməliyyat

DÜNYA
19:19 / 04.06.2025
85

"Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Hörmüçək toru" xüsusi əməliyyatı cəsarət və peşəkarlıq baxımından bir nömrəli terrorçu Üsamə bin Ladenin məhv edilməsi əməliyyatı ilə eyni səviyyədədir".

HİT.az xəbər verir ki, bunu "Politico"ya şərhində amerikalı senator Riçard Blumental deyib. 

Onun sözlərinə görə, bu əməliyyat Ukraynanın guya müharibədə uduzduğu və Vaşinqtonun mövqeyini Kiyevə dəstəyin gücləndirilməsinin xeyrinə dəyişə biləcəyi ilə bağlı geniş yayılmış yanlış təsəvvürü təkzib edir:

"Onlar Ukraynadan 6 min kilometrdən çox uzaqda yerləşən hava bazalarını vura bilərlər. İstənilən yerə zərbə endirə bilərlər... Təkcə öz bacarıqları və cəsarətləri ilə bu hücumlar ABŞ-ın Üsamə bin Ladenə basqını və İsrailin peycerlərlə əməliyyatı ilə eyni səviyyəyə qoyula bilər ki, bu da son illərin ən böyük hərbi nailiyyətlərindən biridir".

Senator qeyd edib ki, Ağ Ev hazırda yeni sanksiyalar qanun layihəsini dəstəkləməyə tələsmir. Bununla belə, "Hörümçək toru" əməliyyatından sonra döyüş meydanındakı sürət həm prezident Donald Trampa, həm də skeptik qanunvericilərə təsir edə bilər: "Hadisələr Ağ Evə və bəlkə də prezidentin buradakı bəzi dostlarına təsir edəcək",

İyunun 1-də SBU Rusiya Federasiyasının arxa cəbhəsində bombardmançı təyyarələrin məhv edilməsi üçün genişmiqyaslı xüsusi əməliyyat keçirib. Unikal xüsusi əməliyyat "Hörmüçək toru" adlanır. Proses il yarımdan çox müddətə hazırlanıb.

SBU Rusiya Federasiyasının dörd hərbi aerodromunda "işləyib". "Pambıq" "Belaya", "Dyagilevo", "Olenya" və "İvanovo" aerodromları hədəf olub. Dronlar Rusiya strateji aviasiyasının 41 təyyarəsini vurub.

Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin "Hörmüçək toru" xüsusi əməliyyatının arxa hava bazalarında Rusiya strateji bombardmançı təyyarələrini məhv etməyə necə başladığını əks etdirən video ortaya çıxıb.

Samir

0