Rusiya Hindistana Su-57E qırıcısının mənbə koduna tam çıxışı olan satışına aid olan "fövqəladə təklif" edib.
HİT.az xəbər verir ki, bu barədə "Bulgarian Military" məlumat yayıb.
Rusiya uzun müddətdir ki, Su-57-ni Hindistan bazarında tanıtdırır, lakin indi dərin lokalizasiya, sifarişli hind sistemləri ilə inteqrasiya və "Hindistanda istehsal" təşəbbüsünə tam uyğunluq vədləri ilə Yeni Dehlini şirnikləndirir.
Təklifə Hindistanın Su-30MKI qırıcılarının modernləşdirilməsi proqramı üçün istifadə edilən texnologiyalar daxildir. Bu, xüsusilə, aktiv fazalı sıra antenası olan perspektivli radara, eləcə də yeni bort kompüterlərinə aiddir.
Su-57E-nin Hindistan istehsalı olan "hava-hava" və "hava-yer" tipli raketləri daşıya biləcəyi güman edilir ki, bu da ölkənin digər dövlətlərdən asılılığını azaldır, həm də özünü müdafiə qabiliyyətini gücləndirir.
Ekspertlər qeyd edirlər ki, Moskvanın təklifi təkcə kommersiya sövdələşməsi deyil, həm də dünyanın ən böyük silah bazarlarından birində Rusiya Federasiyasının təsirini saxlamaq üçün nəzərdə tutulmuş strateji addımdır.
Xatırladaq ki, ötən il ruslar Çində keçirilən "Airshow China 2024" beynəlxalq aviaşousuna Su-57-ni aparıblar. Təyyarənin nümayişi demək olar ki, qalmaqala səbəb olub, çünki o, Rusiya aviasiya texnikasının müasir standartlardan, ilk növbədə beşinci nəslin tələblərindən əhəmiyyətli dərəcədə geri qaldığını açıq şəkildə nümayiş etdirir. Təyyarənin çatışmazlıqlarını çinli tamaşaçıların yaxın məsafədən çəkdiyi videogörüntülər sübut edir.
2025-ci ilin əvvəlində məlum olub ki, ruslar guya Su-57 üçün ilk xarici alıcı tapıblar, lakin o vaxtdan bəri hər hansı digər ölkənin faktiki olaraq qırıcı almasına dair heç bir sübut təqdim edilməyib.
Samir