Almaniya Səhiyyə Nazirliyi qlobal istiləşmə ilə əlaqədar idman tədbirlərində spirtli içkilərin və manqalların qadağan edilməsini təklif edib.
Hit.az xəbər verir ki, bu barədə "Focus" yazır.
Nazirliyin təqdim etdiyi planda qeyd olunur ki, bu təşəbbüsün məqsədi yarışların bütün iştirakçılarını və tamaşaçılarını sağlamlıq risklərindən qorumaqdır. Eyni zamanda, söhbət insan orqanizmi üçün istidən yarana biləcək mənfi nəticələrdən gedir.
"İdmanla məşğul olan hər kəs diqqətli olmalıdır, çünki dünyada temperatur yenidən yüksəlir", deyə Almaniyanın səhiyyə naziri Nina Uarken bildirib.
Nəşrin məlumatına görə, sənəd ümumilikdə 13 səhifə mətndən ibarətdir. O, qlobal istiləşmə ilə bağlı riskləri azaltmaq üçün çoxsaylı tövsiyələri sadalayır.
Planın müəllifləri digər məsələlərlə yanaşı, havanın temperaturu çox yüksək olduqda yarışların ləğvi və dayandırılması üçün meyarların müəyyən edilməsini, idmançılara və tamaşaçılara vedrələrdə sərin su və günəş kremi verilməsini təklif ediblər. Bundan əlavə, plan müəyyən idman tədbirlərinin keçirildiyi yerlərdə spirtli və şirin içkilərin satışının qadağan edilməsini təklif edir.
Samir