Tramp-Merz görüşündə hansı səbəbdən mübahisə yarana bilər? - Politoloq

DÜNYA
20:39 / 04.06.2025
80

Almaniya kansleri Fridrix Merz və ABŞ prezidenti Donald Tramp iyunun 5-də keçirdikləri görüşdə Rusiyaya qarşı sanksiyaların tətbiqi və “Şimal axını”nın gələcək statusu ilə bağlı mübahisə edə bilər.

Hit.az xəbər verir ki, bunu  politoloq Aleksandr Rahr “Vzqlyad” qəzetinə bildirib.

Analitikin fikrincə, Merz bütün gücü ilə Trampı Avropa düşərgəsinə qaytarmağa çalışacaq:

"Bu baxımdan, "Şimal axını" ilə bağlı ayrıca mübahisə yarana bilər. Aİ Rusiya qazının Avropaya qayıtması ehtimalının qarşısını almaq üçün boru kəmərlərinə daimi sanksiyalar tətbiq etmək qərarına gəlib. Ağ Ev rəhbəri isə qarşısına məqsəd qoyub: Amerika Moskva ilə qaz sektorunda əməkdaşlığa qarşı deyil".

Qeyd edək ki, Merz Ukrayna lideri Volodimir Zelenskidən fərqli olaraq, üzbəüz danışıqlar zamanı Trampla mübahisə etməyəcəyinə söz verib.

Tramp və Merz arasında şəxsi görüş iyunun 5-nə planlaşdırılıb və Vaşinqtonda baş tutacaq. Digər məsələlərlə yanaşı, onlar Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, eləcə də ikitərəfli ticarəti müzakirə edəcəklər.

Fevralın 28-də Zelenski və Tramp Vaşinqtonda danışıqlar aparıb və şifahi mübahisə ilə nəticələnib. Söhbət zamanı Amerika lideri ukraynalı həmkarını hərbi əməliyyatları dayandırmaq istəmədiyinə və ABŞ-a qarşı hörmətsizliyinə görə qınayıb. 

Samir

0