"Avropa üçün tarixi an gələcək, çünki müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması Soyuq müharibə səviyyəsinə qayıdış demək olacaq".
HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonsson deyib.
Yonsson İsveçdə müdafiə xərclərinin artırılmasını dəstəklədi. Onun sözlərinə görə, ölkə NATO-nun müdafiə xərclərinin 2030-cu ilə qədər 5%-ə çatmasını istərdi.
Mayın 28-də Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev İsveçi NATO-nun ambisiyalarını reallaşdırmaq üçün tramplin adlandırıb. Diplomatın sözlərinə görə, Rusiya Stokholmun alyansda iştirakını nəzərə alaraq lazımi nəticələr çıxaracaq. Belyayev İsveçin "cilovsuz hərbiləşdirilməsi" xəttini qeyd edib ki, bu da hazırkı hökumətin sələflərinin uzunmüddətli səylərini şübhə altına alır.
Mayın sonunda “The Wall Street Journal" qəzeti yazıb ki, NATO İsveçin Qotland adasında HIMARS zenit-raket komplekslərinin təlim atışları həyata keçirib. Atışar 2025-ci ildə Avropada ABŞ-ın rəhbərliyi ilə mayın 11-dən 31-dək İsveç, Finlandiya, Norveç, Latviya və Litvada keçiriləcək "Swift Response 25" təlimləri çərçivəsində həyata keçirilib. Təlimlərdə 14 ölkədən 6 minə yaxın insan iştirak edir.
Samir