Şimali Koreya lideri Kim Çen In Ukraynadakı müharibədə və digər beynəlxalq məsələlərdə Rusiyaya qeyd-şərtsiz dəstək vəd edib.
HİT.az Şimali Koreyanın KCNA xəbər agentliyinə istinadən xəbər verir ki, Kim bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.
"Kim Çen In təsdiqləyib ki, KXDR hökuməti gələcəkdə də Rusiyanın mövqeyini və xarici siyasətini qeyd-şərtsiz dəstəkləməyə davam edəcək", deyə məlumatda qeyd edilir.
Kim həmçinin vurğulayıb ki, Şimali Koreya iki ölkə arasında Rusiya prezidenti Vladimir Putinin ötən il Pxenyana səfəri zamanı imzalanmış müqavilənin müddəalarına məsuliyyətlə əməl edəcək. Bu, tərəflərdən birinə silahlı təcavüz halında dərhal hərbi yardımı nəzərdə tutan qarşılıqlı müdafiə paktı daxildir.
Kim və Şoyqu həmçinin müxtəlif sahələrdə hərtərəfli strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Rusiya Təhlükəsizlik Şurası bildirib ki, görüş zamanı Ukrayna ətrafında vəziyyət, Rusiya ilə KXDR arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri də daxil olmaqla, beynəlxalq gündəlikdəki məsələlərin geniş spektri üzrə hərtərəfli dialoq aparılıb.
Bundan əlavə, Şoyqu və Kim Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşmüş həlak olmuş koreyalı hərbçilərin əbədiləşdirilməsi üçün atılan addımları müzakirə ediblər.
Samir