Bayden köməkçilərinin sövdələşmədə iştirakı barədə şübhələri gülünc adlandırdı

DÜNYA
13:23 / 05.06.2025
70

ABŞ-ın keçmiş prezidenti Co Bayden indiki Ağ Ev rəhbəri Donald Tramp tərəfindən ona qarşı başladılmış istintaq ilə bağlı şərh bildirib. 

HİT.az xəbər verir ki, Tramp Baydenin köməkçilərini prezident avtoimzasından istifadə etməkdə şübhəli bilmişdi. Keçmiş prezident bu şübhələri gülünc adlandırıb.

Bayden "Axios"a istinadən verdiyi bəyanatında deyib: "Aydınlaşdırım: Mən prezidentliyim dövründə qərarları şəxsən qəbul edirdim. Əfv fərmanları, əmrləri, qanunları və proklamasiyaları mən imzalayırdım. Bunu etmədiyim barədə hər hansı bir fərziyyə gülünc və yalandır".

O, başlanan istintaqı Trampın təqdim etdiyi büdcə formalaşdırmaq üçün qanun layihəsi fonunda "sadəcə diqqətdən yayındırmaq üsulu" adlandırıb. Bu layihə, o cümlədən "Medicaid" (gəliri aşağı olanlar üçün tibbi yardım) üçün xərclərin kəsilməsini nəzərdə tutur. Bayden qeyd edib ki, bu təşəbbüs "son dərəcə varlılar və böyük korporasiyalar üçün vergi güzəştlərinin ödənilməsi" üçün nəzərdə tutulub.

Tramp Baydenin sağlamlıq vəziyyəti ilə bağlı istintaqın başlanmasına 4 iyun tarixində tapşırıq verib. Donald Trampın versiyasına görə, keçmiş prezidentin köməkçiləri vacib sənədləri Co Bayden əvəzinə imzalamaq üçün avtoimzadan sui-istifadə edə bilərdilər. ABŞ Senatının daimi araşdırmalar üzrə yarımkomitəsinin sədri, respublikaçı Ron Conson may ayında cənab Baydenin vəzifədə olduğu dövrdə iş qabiliyyəti məsələsinə dair istintaq başlatmışdı.

Samir

0