Tiktoker Xabi Leym ABŞ-da hava limanında saxlanıldı

DÜNYA
10:00 / 08.06.2025
43

ABŞ-nin immiqrasiya və gömrük mühafizəsi tiktoker Xabi Leymi Las-Veqas hava limanında viza qaydalarını pozduğu üçün saxlayıb.

 

"Report” xəbər verir ki, bu barədə "Agence France-Presse” məlumat yayıb.

 

 

Qeyd olunub ki, Xabi iyunun 6-da Las-Veqasdakı Harri Rid beynəlxalq hava limanında viza müddəti bitdiyinə görə saxlanılıb. Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ı tərk etməyə icazə verilib.

 

Tiktokun məlumatına görə, tətbiqdəki abunəçilərin sayına görə italiyalı bloger Leym birinci yerdədir. Onun 162 milyondan çox abunəçisi var.

0