Respublikaçılar Partiyasının konqresmeni Ronni Cekson sabiq rezident Co Baydenin keçmiş şəxsi həkimi Kevin O'Konnoru iş yerində qeyri-adi cinsi davranış sərgiləməkdə ittiham edib.
HİT.az xəbər verir ki, bu barədə "Daily Caller" yazıb.
Cekson bildirib: "Mən bunu bir neçə dəfə görmüşəm - o, ilk dəfə görüşdüyü insanlardan telefonlarını tələb edirdi. Onlar ona telefonlarını verirdilər, o isə onları şalvarının içinə, qasıq nahiyəsinə qoyub sonra geri qaytarırdı. O, bunun çox gülməli olduğunu düşünürdü".
Cekson qeyd edib ki, O'Konnor həm də qadın həmkaralarına qarşı ədəbsiz şərhlər edirmiş..
Bundan əvvəl ABŞ-nin keçmiş prezidenti Co Bayden onun administrasiyası işləyərkən tabeçilərinin onun avtoqələmindən sui-istifadə etmək üçün ittifaqda olduqları şübhələrini "gülünc" adlandırmışdı.
ABŞ prezidenti Donald Tramp, imzaladığı fərmanlarda Baydenin avtoqələminin tətbiqinin ittifaq mövzusunda araşdırılmasını tapşırmışdı. Ağ Evdə izah ediblər ki, planlaşdırılan iş çərçivəsində keçmiş prezidentin avtoimzasının hansı sənədlərin imzalanmasında istifadə olunduğunu müəyyən etmək nəzərdə tutulub.
Samir