Aİ Rusiya neftinin "qiymət tavanı"nı 1/4 azalda bilər

DÜNYA
17:17 / 10.06.2025
74

Avropa Komissiyası Rusiya neftinin "qiymət tavanı"nı bir barel üçün 60 dollardan 45 dollara endirməyi və Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində “Şimal axını” infrastrukturundan istifadəni qadağan etməyi təklif edə bilər.

HİT.az bu barədə "Financial Times"a istinadən xəbər verir.

Nəşrin mənbələrinə görə, Aİ-nin icra orqanı həm də blokun üzvlərinə Rusiyanın istənilən enerji infrastrukturundan istifadəni qadağan etmək istəyir.

Məhdudiyyətlər üzv dövlətlər tərəfindən dəstəklənərsə, Rusiya Federasiyasının Aİ məhdudiyyətlərindən yan keçmək üçün istifadə etdiyi sanksiyaya məruz qalmış Rusiya banklarının və kölgə donanma gəmilərinin siyahısı da genişləndiriləcək.

Nəşrin yazdığına görə, Avropa Komissiyasının təklifində Rusiyaya qarşı yeni sanksiyalarla yanaşı, iki ölkə arasında bağlanmış ikitərəfli investisiya sazişinə uyğun olaraq, Rusiya mərkəzi bankının 190 milyard avroluq aktivlərinin dondurulduğu Belçikanın Moskvanın məhkəmə iddialarından qorunmasına kömək edəcək təminatlar da yer alacaq.

Jurnalistlər xatırladırlar ki, Avropa Komissiyasının sanksiya təklifi bütün Aİ-yə üzv dövlətlər tərəfindən dəstəklənməlidir. Eyni zamanda, Slovakiya və Macarıstan daha əvvəl bəyan etmişdilər ki, onlar potensial olaraq danışıqları çətinləşdirəcək əlavə sanksiyalara qarşı çıxa bilərlər.

Bununla belə, FT mənbələri Macarıstanı əvvəlki sanksiyalar paketlərini bloklamaqdan əl çəkməyə inandıra bildikləri üçün iyulun sonuna qədər sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə nikbindirlər.

Samir

0