İnfiltərədə maraqlı hadisə baş verib.
HİT.az xəbər veruir ki, Mia Forbs Piri və Mark Simson adlı cütlüyün avtomobili oğurlanıb. Onlar polisə müraciət etsələr də, "bu işi araşdırmağa vaxtlarının olmadığını və çox məşğul olduqları"nı bildiriblər.
Bu səbəbdən onlar maşını özləri axtararaq geri qaytarıblar. Avtomobilə quraşdırılmış müasir təhlükəsizlik sistemləri sayəsində onu yerini izləyərək tapmaq mümkün olub.
Cütlük maşını sakit bir küçədə tapdıqda, salonun və döşəmələrin zədələndiyini görüblər - görünür, oğrular avtomobilin naqil sisteminə müdaxilə etməyə çalışıblar. Sahiblər maşını geri götürdükdən sonra polis onlarla əlaqə saxlayaraq, kriminalistlərin avtomobili araşdırması üçün göndəriləcəyini bildirib.
Mianın sözlərinə görə, müstəntiqlər avtomobilin içərisində barmaq izləri axtaracaqlarını bildiriblər, xüsusilə də oğruların toxuna biləcəyi hissələrdə. O əlavə edib ki, polis onlardan sübutları qorumaq üçün avtomobilə toxunmamalarını istəyə bilərdi, amma bunu etməyiblər.
Qadın eyni zamanda, İngiltərədə hüquq-mühafizə orqanlarının ümumi vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.
"Polis resurs çatışmazlığı yaşayır və bu, utancvericidir. Əgər maşın oğurlayanlara və digər cinayətləri törədənlərə qarşı heç bir nəticə tətbiq olunmursa, insanları bu əməlləri təkrar etməyə nə mane ola bilər, doğrusu, anlamıram", deyə britaniyalı qadın bildirib.
Samir